Göteborq” müdafiəçisi: Hər kəs “Qarabağ” kimi səviyyəli kluba qarşı oynayacağını bilir

İsveçin “Göteborq” klubunun müdafiəçisi Emil Salomonsson Avropa Liqasının pley-off mərhələsindən danışıb. Allsport.az saytı xəbər verir ki, o, “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə bunu söyləyib:

“Artıq ardıcıl dördüncü ildir ki, qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparırıq. Avroliqada “Qarabağ”a qarşı keçirəcəyimiz oyunlar şübhəsiz ki, karyeramda ən vacib oyunlardan biri olacaq.

Qrup mərhələsinə vəsiqə qazanmağımız fantastik nəticə olacaq. Ümid edirəm ki, hər kəs necə səviyyəli komandaya qarşı mübarizə aparacağımızın fərqindədir”.

 

Həmin kateqoriyadan