Hannes Halldorsson: İndi yol ayrıcındayam

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson “Fotbolti” nəşrinə açıqlama verib.
Allsport.az saytı xəbər verir ki, İslandiya millisinin üzvü yeni mövsümün onun üçün uğurlu keçmədiyini deyib:

“Müxtəlif səbəblərdən “Qarabağ”da hər şey istədiyim kimi olmadı. Bəhanə etmək istəmirəm. Amma “Qarabağ”da ilk ayda zədələndim. Müqavilə bağlayanda baş məşqçimiz mənə dedi ki, komandada 2 qapıçısı olacaq.

Lakin mən zədələndiyimdən, daha bir qapıçı alındı. Heç vaxt kimin oynayacağı öncədən bilinmir. Əsas heyətdə meydana çıxmaq tam təsadüfidir. Kimin səhvi olursa, meydana çıxmır. İndi yol ayrıcındayam”.

Həmin kateqoriyadan