“İnternat məzunlarının sosial inteqrasiyası” təşkilatı ilə əməkdaşlıq

Bu gün “ASK arena”da “İnternat məzunlarının sosial inteqrasiyası” təşkilatının üzvləri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda “Keşlə”nin müşahidə şurasının üzvü Elşən Abbasov, əsas komandanın baş məşqçisi Tərlan Əhmədov və futbolçular Slavik Alxasov, Əfran İsmayılov, Franko Flores və Sezar Meza Kolli iştirak ediblər.

Elşən Abbasov ilk olaraq təşkilat üzvlərini salamlayıb və onlara həvəskar liqa olan MFL-də uğurlar arzu edib. Həmçinin “Keşlə” tərəfindən internat məzunlarına formalar və toplar hədiyyə olunub.

Baş məşqçisi Tərlan Əhmədov təşkilat üzvlərinə hər zaman dəstək olmağa hazır olduqlarını bildirib və onlara uğurlar arzulayıb.
İMSİ-nin sədri Araz Əhmədov göstərdikləri diqqətə görə təşkilat adından “Keşlə” Futbol Klubuna təşəkkürünü bildirib.

Sonra məzunlar klubun bazası və akademiyası ilə tanış olublar.

Həmin kateqoriyadan