“Keşlə” paraqvaylı yarımmüdafiəçi ilə müqavilə bağlayıb

“Keşlə” qış fasiləsində növbəti transferi rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, Bakı klubu paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli ilə müqavilə bağlayıb.

27 yaşlı legionçu ilə cari mövsümün sonunadək anlaşılıb. Futbolçu 2013-2016-cı illərdə “İnter”də (hazırkı “Keşlə”) çıxış edib.

O, son olaraq ölkəmizdə ötən mövsüm “Zirə”nin formasını geyinib. Sezarın qardaşı Derlis Meza Kolli isə “Neftçi”nin yarımmüdafiəçisidir.

Həmin kateqoriyadan