Lider “30”a “75”lə çatıb

“Zirə”nin “Sumqayıt”la qarşılaşması meydan sahibləri üçün ikiqat əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 3-cü turunda 3:1 hesabı ilə qalib gələn qəsəbə təmsilçisi ardıcıl 3-cü qələbəsini qazanıb.

Bu, paytaxt klubunun ölkə çempionatında 30-cu qələbəsi kimi tarixə düşüb. 3-cü mövsümdür yüksək dəstədə çıxış edən “Zirə” 30-cu uğuruna 67-ci matçında çatıb.

Görüşdə vurulan 2-ci qol isə Bakı təmsilçisinin 75-ci topu olub. Yubiley qoluna Vüsal İsgəndərli imza atıb. Matçın sonunadək zirəlilər qol sayını 76-ya da çatdırıb.

Həmin kateqoriyadan