Nazim Süleymanov: Eyforiyaya düşmək lazım deyil

“Sumqayıt” 2-ci turda səfərdə “Sabah”ı 4:1 hesabı ilə üstələyib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Nazim Süleymanov qələbəyə belə şərh verib:

“Qələbə olan yerdə əhval ruhiyyə də yaxşı olur. Bu əhvalı da futbolçular yaratdı. Futbolçularımız istəyimizi lazımınca yerinə yetirdilər. Amma bundan da yaxşı çıxış edə bilərlər. Hələ ikinci turdur. Eyforiyaya düşmək lazım deyil.

Futbolçular bilməlidirlər ki, bu, bizim işimizdir. Çalışmalıyıq ki, qələbələri əldən verməyək. Sadəcə, qələbə hisslərini yaşamaq, sonra isə gələcək oyunları düşünmək lazımdır”.

Həmin kateqoriyadan