Neftçi” ilə kubok matçına 3 itki ilə hazırlaşır

Azərbaycan kubokunun 1/4 finalında “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” bu oyuna hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki,
bu gün “kimyaçılar” Ayxan Abbasovun rəhbərliyi ilə növbəti məşqini keçirib.

Premyer liqanın 14-cü turunda elə bi rəqiblə görüşdə zədələnən Əfran İsmayılov məşqdə iştirak etməyib. Xəyal Nəcəfovla Vurğun Hüseynov isə fərdi hazırlıqla kifayətlənib. Bundan başqa əvəzedici heyətdən Baxşəli Baxşəliyev, Səbuhi Abdullazadə və Tural Bayramlı əsas komandanın hazırlığa cəlb olunub.

Təxminən 1.5 saat davam edən məşqdə öncə fiziki, ardınca isə toplu hərəkətlər üzərində çalışılıb. Hazırlığa ikitərəfli oyunla yekun vurulub. Bu komandaların oyunu “Baksel arena”da dekabrın 15-də saat 19:00-da başlayacaq.

Həmin kateqoriyadan