“Neftçi”dən əlamətdar gününə qələbə hədiyyəsi

Bu gün premyer liqada 23-cü tura start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə “Kəpəz” evdə “Sumqayıt” klubu ilə qarşılaşıb. Tək qolun vurulduğu oyunda qələbəni meydan sahibləri bayram ediblər.

Günün digər matçında “Neftçi” yubiley günündə “İnter”lə üz-üzə gəlib. “Ağ-qaralar”ın 80 illiyi münasibətilə saat 19:37-də başlayan görüşdə qapılara 3 qol vurulub. “Neftçi” önəmli gündə azarkeşlərini qələbə ilə sevindirib (2:1).

Həmin kateqoriyadan