“Neftçi”nin satış məntəqəsi Bakı yemək festivalında

Sabahdan “Sweet November” Bakı yemək festivalının keçirildiyi İçərişəhərdə “Neftçi”  üçün ayrılmış xüsusi satış məntəqəsi fəaliyyət göstərəcək. Allsport.az saytı xəbər verir ki, bu, Bakı yemək festivalı və “ağ-qaralar”ın tərəfdaşlığı çərçivəsində mümkün olub.

Noyabrın 25-i və 26-sı festivalın qonaqları Qız Qalası ətrafında yerləşən satış məntəqəsindən “Neftçi”yə aid suvenirlər və klub atributlarını əldə edə biləcəklər. Qeyd edək ki, “Sweet November” Bakı yemək festivalına giriş saat 11:00-dan 23:00-dək sərbəstdir.

Həmin kateqoriyadan