Öncə bizim, sonra rəqib baş məşqçi

Çempionlar liqasının 2-ci ələməsində “Qarabağ” – “Kukesi” arasında cavab oyunundan öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Allsport.az saytı xəbər verir ki, bu gün baş məşqçisi Qurban Qurbanov saat 18:15-də “Azərsun arena”nın mətbuat zalında media mənsublarının önünə çıxacaq.

“Köhlən atlar”ın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Kukesi”nin baş məşqçisi Armando Kunqu saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi isə saat 21:00-da olacaq.

Rəqib meydanında keçirilən görüşdə hesab açılmayıb.

Həmin kateqoriyadan