Paolo Amodio: Qələbəyə haqq etdik

Avropa liqasında ilk ələmənin oyununda “Proqres” səfərdə “Qəbələ”yə 2:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında rəqib baş məşqçi Paolo Amodio bunu dedi:

Paolo Amodio “Qələbəyə haqq etdik. Yaxşı hazırlaşmışdıq. Rəqib barədə bir söz söyləməyəcəyəm. Biz oyunumuzu oynadıq. Müəyyən planlarımız vardı ki, 2-ci hissədə bunu həyata keçirdik.

“Qəbələ”nin gücünə bələdik. Cavab matçında da ehtiyatlı olacağıq”.

Həmin kateqoriyadan