Pedro Enrike rəsmən “Qarabağ”da!

Yay transfer pəncərəsinin son günündə “Qarabağ” növbəti transferini həyata keçirib.

Allsport.az saytı xəbər verir ki, Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında “köhlən atlılar”da keçirəcək. 27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.

Daha öncə İsveçrənin “Sürix” klubunda da oynamış braziliyalı futbolçu, 2016-cı ildə Fransanın “Renn” klubundan PAOK-a keçib. O, Saloniki klubunda 23 oyunda 6 qol vurub.

Həmin kateqoriyadan