Pedro Enrike üçün çempionlar liqasının qrup mərhələsi başa çatıb

Çempionlar liqasının qrup mərhələsinin 4-cü turunda İspaniyanın “Atletiko” klubu ilə səfər matçında qırmızı vərəqə alaraq meydandan qovulan “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrikenin cəzası müəyyənləşib.

Allsport.az saytı xəbər verir ki, UEFA intizam komitəsi braziliyalı futbolçunu 2 oyunluq diskvalifikasiya edib. Belədə, futbolçu üçün bu yarışın qrup mərhələsi başa çatıb.

Pedro Enrike Madriddə keçirilmiş oyunun 59-cu dəqiqəsində “Atletiko”nun müdafiəçisi Dieqo Qodinin sifətinə açıq ayaqla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alıb.

Həmin kateqoriyadan