“Qəbələ”də gürcü hücumçu

Mövsümün 2-ci yarısının hazırlığı Bakıda davam etdirən “Qəbələ” qış fasiləsində 2-ci transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, komanda gürcüstanlı futbolçu Davud Volkovini heyətinə qatıb. 24 yaşlı hücumçu ilə 1-illik müqavilə imzalanıb.

O, “Saburtalo”dan transfer edilib. Forvard buna qədər Gürcüstanda “Qaqra”, “Dinamo” (Tbilisi), həmçinin icarə əsasında “Dinamo-2”, “Çixura” və “Sioni”də çıxış edib. O, 2017-ci ildə Serbiyanın “Zemun” klubunda legionçu həyatı yaşayıb.

“Qırmızı-qaralar” bunadək Azərbaycan millisinin qapıçısı Anar Nəzirovu alıb.

Həmin kateqoriyadan