“Qarabağ”da yeni rekordçu – Maksim Medvedev

Topaz premyer liqasının 11-ci turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Qəbələ”ylə səfərdəki matç (3:1) müdafiəçinin Azərbaycan çempionatlarında 269-cu oyunu olub. Yalnız bir komandada – “Qarabağ”da çıxış edən, Medvedev bununla da klubun tarixində yeni rekorda edib. O, Ağdam klubunun heyətində ölkə çempionatlarında ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Maksim 2006/07 mövsümündən çıxış etdiyi “Qarabağ”da keçirdiyi 269 oyunda 10 qol vurub. O, “Qəbələ” ilə görüşdə Aslan Kərimova məxsus olan və ötən tur şərik olduğu rekordu yeniləyib. Ünlü futbolçu1993-1997 və 2003-2011-ci illərdə “Qarabağ”da 268 çempionat oyununda çıxış edib geyinib və 12 qol vurub.

Maksim həm də ölkə çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçudu. Belə ki, digər klubların rekordçularının göstəriciləri daha aşağıdır.

Həmin kateqoriyadan