“Qarabağ”ın çempionlar liqasına hazırlıq planı müəyyənləşib

Topaz premyer liqasının qalibi “Qarabağ”ın yay təlim-məşq toplanışının proqramı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Qurban Qurbanovun komandası iyunun 13-də Bakıda bir araya gələcək.

Paytaxtda bir həftə hazırlıqdan sonra ölkə çempionu ayın 20-də Avstriyaya yollanacaq. Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq “Qarabağ”ın orada hansı müddətdə toplanışda olacağı çempionlar liqasının püşkünün nəticəsindən asılı olacaq.

Report.az-ın məlumatına görə, mübarizəyə 1-ci təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu ilk oyunu evdə keçirəcəyi halda, iyulun 5-də Bakıya dönəcək. İlk görüş səfərdə olacağı təqdirdə, oradan birbaşa qarşılaşacağı rəqibin ölkəsinə üz tutacaq.

Həmin kateqoriyadan