“Qarabağ”ın futbolçusu Yaponiyaya qarşı görüşdə qol ötürməsi verib

“Qarabağ”ın yarımmüdafiəçisi Vild-Donald Gerryenin çıxış etdiyi Haiti yığması Kirin Çağırış kubokunda iştirak edib. Allsport.az saytı xəbər verir ki, mərkəzi amerikalılar səfərdə Yaponiya ilə qarşılaşıb.

Hesab 3:3 olub. Matçın gedişində 2 top fərqi ilə geridə olan Donaldın komandası sonradan 3 qol vurub. Amma Haitiüstünlüyünü sonadək saxlaya bilməyib.

“Qarabağ”ın futbolçusu görüşün iştirakçısı olub. O start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Qollardan birinin ötürməsini Donald edib.

Həmin kateqoriyadan