Qurban Qurbanov: “Rəqibimiz yeni baş məşqçiylə yeni heyət qurub”

Sabah “Qarabağ” çempionlar liqasının ilk ələməsində Sloveniyada yerli “Olimpiya” klubu ilə qaşılaşacaq. Allsport.az saytı xəbər verir ki, Lüblyanada baş tutacaq görüşdən öncə mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu söyləyib:

“Rəqibimiz yeni baş məşqçiylə yeni heyət qurub. Oyunların hamısını izləmişəm, hər oyuna fərqli sistemlə çıxırlar. Bizi çətin və maraqlı qarşılaşma gözləyir. Təbii ki, ilk oyundan sonra rəqibi daha yaxşı tanıyacağıq və cavab matçı daha asan olacaq. Həmişə demişəm ki, ən vacib oyun ilk mərhələnin oyunlarıdır.

Bizim də bəzi problemlərimiz var, buna baxmayaraq, sabah sərfəli nəticə qazanmağa çalışacağıq. Maraqlı və gərgin oyun olacağını düşünürəm”.

Həmin kateqoriyadan