Qurban Qurbanov: “Rəqibin çox yaxşı oyun üslubu var”

Bu gün ölkə çempionatının 8-ci turunda “Qarabağ” rəqib meydanda “İnter”i 2:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, qalib komandanın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyib:

“Həmişəki kimi, bu gün də “İnter”ə qarşı oynamaq çətin idi. Furtbolçular sona qədər əllərindən gələni etdilər.

Rəqibin çox yaxşı oyun üslubu var, futbolçuları mübarizə aparırlar. Buna baxmayaraq, futbolçularımız sona qədər qol vurmağa çalışdılar”.

Həmin kateqoriyadan