Qurban Qurbanov: Ruh düşkünlüyü və psixoloji yorğunluq vardı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 5-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri görüşlə bağlı bunu deyib:

“Qalib gəlmək istəyirdik. Bilirdik ki, rəqib müdafiə olunacaq. Çətin də olsa, iki qol vura bildik. Daha çox qol şanslarımız oldu.

Ağır oyun idi. Ruh düşkünlüyü və psixoloji yorğunluq var idi. Komandam qalib gəlmək üçün vuruşdu. Azarkeşlərimizə təşəkkür edirəm”

Həmin kateqoriyadan