Qurban Qurbanov: “Səhvlərimiz oldu, amma düzgün oynamağa çalışdıq”

Bu gün “Qarabağ” yoxlama matçında Bolqarıstanın “Ludoqorets” klubu ilə 1:1 heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikrini bildirib:

“Keçirdiyimiz ilk yoxlama görüşü idi. Futbolçulardan razı qaldım. Səhvlərimiz oldu, amma düzgün oynamağa çalışdıq. Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq”.

Həmin kateqoriyadan