- Baxış sayı: 35
- 25 Aprel 2024 21:35
- Baxış sayı: 45
- Aprel 23, 2024
- 0
Topaz premyer liqasının 9-cu turunda “Neftçi” ilə oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, o, Azərbaycan çempionatlarında çalışdırıcı kimi 350-ci matçına çıxıb.
Hesabında 206 qələbə və 83 heç-heçə olan 46 yaşlı mütəxəssis 1:3 hesablı yenilgi ilə 61-ci dəfə məğlubiyyət acısı yaşayıb. Onun komandası premyer liqada 523 qol vurub, 244-nü buraxıb.
Məşqçiliyə 2006/07 mövsümündə başlayan mütəxəssis karyerasında yalnız iki kluba rəhbərlik edib. Qurban Qurbanov ilk oyununu “Neftçi”də keçirib. O, paytaxt təmsilçisini 28, “Qarabağ”ı 322 çempionat matçına çıxarıb.