Rəhman Hacıyev: “Bu matçda vahid komanda kimi oynadıq”

“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev Makedoniyanın “Şkupi” komandasına qarşı keçirilən oyundan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:

“Bu matçda vahid komanda kimi oynadıq. Çalışdıq ki, məşqçinin bütün tapşırıqlarını yerinə yetirək. Qələbə sevindirir, amma ən əsası rəsmi oyunlara qədər hazır olmağımızdı.

İyulun 12-də bizi çox çətin oyun gözləyir, buna hazır olmalıyıq. Hələ çox işləməliyik”.

Həmin kateqoriyadan