Rəşad Əzizli: “Uğurlu başlanğıc üçün əlimizdən gələni edəcəyik”

“Səbail”in yeni transferlərindən olan Rəşad Əzizli klubun rəsmi facebook səhifəsinə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 23 yaşlı “çərçivə qoruyucusu” yeni komandasının hədəfləri və 2-ci dövrə hazırlıqlarını dəyərləndirib:

“”Səbail”də çıxış edəcəyimdən xoşbəxtəm. Öz oyunumla baş məşqçinin və rəhbərliyin etimadını doğrultmağa çalışacam. Məşqlərdə canla-başla çalışır və 2-ci dövrənin hazırlıqlarını davam etdiririk. Komandanın yaxşı təlim-məşq toplanışı keçməsi üçün əla şərait yaradılıb.

Antalyada 2 yoldaşlıq görüşü keçirmişik. Sabah “Szeged” ilə oyunda qələbə qazanmağa çalışacağıq. Yeni transferlərin uyğunlaşması baxımından bu oyunlar böyük əhəmiyyət kəsb edir. İkinci dövrəyə uğurlu başlanğıc üçün əlimizdən gələni edəcəyik”.

Həmin kateqoriyadan