Rahid Əmirquliyev: Rəqibi yaxşı təhlil etmişik

Bu gün Belfastda Dünya Kuboku-2018-in seçmə mərhələsində Şimali İrlandiya – Azərbaycan matçı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, killimizin yarımmüdafiəçisi Rahid Əmirquliyev “Uindzor park”ın konfrans zalında qarşılaşma ilə bağlı açıqlama verib:

“Rəqibin gücü bəllidir. Ən vacib oyunlarımızdan birinə çıxacağıq, yaxşı hazırlaşmışıq. Ev sahiblərini təhlil etmişik. Oyunumuzu göstərib Bakıya sərfəli nəticə ilə qayıtmaq əzmindəyik.

– Şimali İrlandiya ilə əvvəlki 2 oyunun hər ikisində iştirak etmisən. Bu, sənə əlavə motivasiya verir?
– Hər 2 oyun keçmişdə qalıb. O vaxtkı Şimali İrlandiya komandası ilə indiki arasında fərq çoxdur. İndiki Şimali İrlandiya yığması daha güclüdür. Avropa çempionatının qrup mərhələsindəki çıxışı və pley-offa adlaması komandanın səviyyəsindən xəbər verir. Bizim komanda da əvvəlki deyil, xeyli dəyişib. Motivasiyaya gəlincə, məndə həmişə var. Amma Şimali İrlandiya ilə əvvəlki 2 oyun mənə hansısa əlavə ruh yüksəkliyi vermir.

Həmin kateqoriyadan