Rauf Əliyevin komandası Tiranada “Partizani” ilə heç-heçə edib

Albaniya superliqasının 2-ci turunda azərbaycanlı hücumçu Rauf Əliyevin çıxış etdiyi “Kukesi” səfərdə “Partizani” ilə üz-üzə gəlib.

Allsport.az saytı xəbər verir ki, bu oyunda qalib müəyyənləşməyib (0:0). Millimizin futbolçusu start heyətdə meydana çıxıb.

“Şimali-şərqlilər” hazırda 4 xalla 10 komanda arasında 3-cü yerdədir.

Həmin kateqoriyadan