Respublika stadionunun uçan dam örtüyünə görə Koreyadan mütəxəssislər dəvət olunub

Yanvarın 17-18-də paytaxtda əsən güclü külək nəticəsində Tofiq Bəhramov adına respublika stadionunun sektorlarından birinin uçmuş dam örtüyü bərpa olunur. Allsport.az saytı xəbər verir ki, bu barədə trend.az-a dövlət idman qurğusunun direktoru Şamil Quliyev deyib. Onun sözünə görə, örtüyün bərpası üçün xaricdən mütəxəssislər də çağırılıb:

“Örtük bərk parça materialdan olduğuna görə güclü külək onu dirəklərdən qopararaq uçurmuşdu. Örtüyün yenidən bərpası mürəkkəb iş olduğu üçün koreyalı mütəxəssislər dəvət olundu, çünki vaxtilə tikinti işlərini də onlar həyata keçirmişdilər. Mütəxəssislər stadiona gələrək hər şeyi analiz edib bərpa işlərinin necə aparılacağını göstərdilər”.

Həmin kateqoriyadan