Reynaldodan yubiley qolu

“Qarabağ” klubunun futbolçusu Reynaldonun Avropa Liqasının qrup mərhələsinin son turunda “Fiorentina” ilə matçda vurduğu top yubiley xarakterli olub.

Allsport.az saytı xəbər verir ki, braziliyalı hücumçunun fərqlənməsi, Azərbaycan klublarının avrokuboklardakı 25-ci qolu kimi tarixə düşüb. Yalnız Avropa Liqasının qrup mərhələsində 6 dəfə oynayan komandalarımız 35 oyunda bu nəticəyə nail olublar.

Belə ki, “Neftçi” 2012/2013-cü ildə 4, “Qarabağ” 2014/2015-ci ildə 3, 2015/2016-cı ildə 4, 2016/2017-ci il mövsümündə 7, “Qəbələ” ötən mövsümdə 2, cari mövsümdə isə 5 dəfə rəqibləri mərkəzə dəvət edib.

Həmin kateqoriyadan