Robert Prosineçki: Yaxşı şans “Slovan”la səfər oyununda vardı

Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki azerisport.az-a açıqlamasında bu komandaların imkanlarını dəyərləndirib:

“Yaxşı şans Çex Respublikasında “Slovan”ı ilə səfər oyununda vardı. Amma bu gün çətin olacaq. Şans var, lakin “Fiorentina”ya qalib gəlmək asan olmayacaq. Maksim Medvedev, Migel Madera yoxdur. Rəşad Sadıqov xeyli müddətdir zədə səbəbindən məşq etmir, oynamır. Qurban Qurbanov güclü məşqçidir və ümid edirəm ki, o, komandasını toparlamağı bacaracaq”.

Həmin kateqoriyadan