“Səbail” Maykl Esyeni heyətə qatmaq üçün danışığa başlayıb

“Səbail” klubu dünya şöhrətli Maykl Esyeni sıralarına qatmaq üçün danışığa başlayıb. Allsport.az saytı xəbər verir ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azaddır.

Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan 36 yaşlı futbolçu ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. O, “zadəganlar”da 168 oyunda 19 dəfə fərqlənib.

Maykl İspaniya “Real” və İtaliyada “Milan”ın da şərəfini qoruyub.

Həmin kateqoriyadan