“Səbail” paytaxta dönüb

Yanvarın 20-dən Antalyada təlim-məşq toplanışında olan “Səbail” Bakıya qayıdıb. Allsport.az saytı xəbər verir ki, Samir Əliyevin komandası hazırlıqda 4 yoxlama oyununda gücünü sınayıb.

Debütant Ukraynanın “Çernomoreç” (Odessa, 0:0), Serbiyanın “Napredak” (1:1), Bolqarıstanın “Lokomotiv” (Plovdiv, 1:3) və Slovakiyanın “Senitsa” (2:2) komandaları ilə qarşılaşıb.

“Səbail” qısa fasilədən sonra paytaxtda məşqlərini bərpa edəcək.

Həmin kateqoriyadan