Səlahət Ağayev “Neftçi”nin düşərgəsinə dönüb

“Neftçi”nin qapıçısı Səlahət Ağayev Türkiyənin İstanbul şəhərindəki “Acıbadəm Fulya” xəstəxanasında müalicə-bərpasını başa vuraraq paytaxta qayıdıb.

Allsport.az saytı xəbər verir ki, artıq komandasının düşərgəsinə qoşulan təcrübəli futbolçu bu gün fərdi məşqlərə də başlayıb.

Sentyabrın 15-də “Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş Səlahət Ağayevin iki həftə sonra komandayla birgə məşqlərə başlayacağı gözlənilir.

Həmin kateqoriyadan