Sənan Qurbanov: Əlverişsiz hava şəraiti istəyimizi tam həyata keçirməyə imkan vermədi

“Qəbələ” Antalyada təlim-məşq toplanışında Almaniyanın “Meppen” klubuna 1:2 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçimiz Sənan Qurbanov fikrini açıqlayıb:

“İntensiv məşqlərdən sonra bu oyun planımıza uyğun idi. Əsas heyət üzvlərinin ağır yüklənməsindən sonra böyük meydançada istədiyimizi yerinə yetirməyə çalışdıq. Bəzi oyun elementlərini icra etmək istəyirdik. Küləkli havaya baxmayaraq, futbolçular tam olmasa da, tapşırığı yerinə yetirdilər.

Oyundan razı qaldım. Əlverişsiz hava şəraiti istəyimizi tam həyata keçirməyə imkan vermədi. Rəqib aqressiv və sürətli komanda idi. Üçüncü hissədə baxışda olan futbolçulara daha çox vaxt verdik ki, özlərini göstərsinlər. Qarşıdakı günlərdə onlar barədə qərar veriləcək”.

Həmin kateqoriyadan