“Sabah da həyəcanlı olmayacağam”

Sabah “ay-ulduzlular”ımız Avro-2020-nin seçməsində Budapeştin “Groupama arena”sında Macarıstan futbolçuları ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, görüşlə bağlı millinin qapışısı Emil Balayev bunu deyib:

“Oyuna yaxşı hazırlaşmışıq. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Sabah bizi maraqlı oyun gözləyir. Futbol kollektiv oyunudur. Xorvatiya ilə Bakıda keçirdiyimiz oyunda millidə debüt etdim.

İlk oyunum olmasına baxmayaraq, gərgin deyildim, çünki komanda yoldaşlarım mənə inamını nümayiş etdirirdi. Düşünürəm ki, sabah da həyəcanlı olmayacağam”. 

Həmin kateqoriyadan