- Baxış sayı: 36
- 25 Aprel 2024 21:35
- Baxış sayı: 45
- Aprel 23, 2024
- 0
“Sabah”ın qapıçısı Saşa Stamenkoviçin premyer liqasında uğursuz seriyası qırılıb. Allsport.az saytı xəbər verir ki, mövsümün ilk yarısının son 6 oyununda qapısında qol görən serbiyalı legioner 15-ci turun “Zirə”ylə görüşündə (2:0) çərçivəni toxunulmaz saxlayıb. Bu, debütantın qapıçısının mövsümdə 6-cı “quru” oyunu olub. Serbiyalı qolkiper bu göstəricidə yalnız Səlahət Ağayevdən (8) geri qalır.
Səfər görüşü Stamenkoviç üçün həm də yubileylə əlamətdar olub. O, Azərbaycan çempionatlarında 40-cı dəfə qapısını toxunulmaz saxlayıb. 2011-15-ci illərdə şərəfini qoruduğu “Neftçi”də keçirdiyi 98 matçdan 34-də qol buraxmayan balkanlı əlcək sahibi “Sabah”dakı 15-ci sınaqda 6-cı “quru” oyununa çıxıb.