“Sumqayıt” Donetsk “Şaxtyor”unun futbolçusunu icarəyə götürüb

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunun keçidini rəsmiləşdirib.

Allsport.az saytı xəbər verir ki, “kimyaçılar” Donetsk “Şaxtyor”unun üzvü Murad Xaçayevi 1-illik icarəyə götürüb.

Ukrayna klubun əvəzedici komandasının formasını geyinən 20 yaşlı yarımmüdafiəçi U-21 millimizin şərəfini qoruyur.

Həmin kateqoriyadan