“Sumqayıt” İsraildən futbolçu alıb

Yeni çempionat üçün heyətini gücləndirən “Sumqayıt” növbəti futbolçu ilə anlaşıb. Allsport.az saytı xəbər verir ki, son mövsümü İsrail premyer liqasının “Hapoel Ra’anana” klubunda keçirmiş əslən azərbaycanlı Əli Babayev “Sumqayıt”la 2-illik müqaviləyə bağlayıb. Həmyerlimiz 99 nömrəli futbol geyimində çıxış edəcək.

1990-cı il təvəllüdlü dayaq yarımmüdafiəçisi peşəkar karyerası boyunca yalnız “Hapoel Ra’anana”nın şərəfini qoruyub. Əli Babayev İsrail təmsilçisinin heyətində meydana çıxdığı 135 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. O, son mövsümdə isə 19 rəsmi oyunda meydana çıxıb.

Həmin kateqoriyadan