Tərlan Əhmədov: “Komanda düşdüyü “qara zolaq”dan yavaş-yavaş çıxmağa başlayır”

“Neftçi” ölkə çempionatında 2-ci qələbəsini “Səbail” klubu üzərində qazanıb. Allsport.az saytı xəbər verir ki, oyundan sonra qalib komandanın baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında bunu deyib:

“Bu gözəl oyuna, qələbəyə görə futbolçulara təşəkkür edirəm. Azarkeşlərimizin də hamısına minnətdaram ki, komandaya sona qədər dəstək oldular. Bu qələbələr bizim üçün çox vacib idi. Komanda düşdüyü “qara zolaq”dan yavaş-yavaş çıxmağa başlayır.

Emin Mahmudov məni çox sevindirdi. Rəqabət getdikcə artır. Bununla belə, eyforiyaya qapılmamalıyıq. Düzdür, hər qələbə futbolçularda özünəinamı artırır, amma qarşıda bizi çox oyunlar gözləyir. Həmin görüşlərə daha çox köklənməliyik, oyunlarımızı daha da yaxşılaşdırmalıyıq”.

Həmin kateqoriyadan