Tərlan Əhmədov: Üzərimizdə təzyiq daha çox idi

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov ölkə çempionatının 17-ci turunda “Sumqayıt” üzərində qələbəni şərh edib. Allsport.az saytı verir ki, mütəxəssis oyunun çox çətin keçəcəyini təxmin etdiyini deyib:

“Hər 2 komanda fasilədən sonra qələbə əldə edə bilməmişdi. Amma bizim üzərimizdə təzyiq daha çox idi. Səhvlərimiz də çox idi. Amma ümumilikdə komandanın istəkli olması məni sevindirdi.

Qələbə bizim üçün çox vacib idi. İsətnilən halda, turnir cədvəlinın son pilləsində olmaq xoş deyil. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq”. 

Həmin kateqoriyadan