- Baxış sayı: 35
- 25 Aprel 2024 21:35
- Baxış sayı: 45
- Aprel 23, 2024
- 0
UEFA apelyasiya komissiyası Macarıstan yığmasının müraciətinə baxıb.
Allsport.az xəbər verir ki, qurum macarların şikayətini rəsmən rədd edib.
Beləliklə, nəzarət, etika və intizam komissiyasının sentyabrın 9-da keçirilmiş Macarıstan – Slovakiya oyunu (1:2) ilə bağlı qərar qüvvədə saxlanılıb.
Bu o deməkdir ki, Macarıstan yığması seçmə mərhələdəki növbəti ev oyununu tamaşaçısız keçirəcək. Həmin cəza Azərbaycanla oktyabrın 13-də Budapeştdə baş tutacaq matça təsadüf edəcək. Macarıstan futbol federasiyasına verilən 67 min 125 dollarlıq cərimənin məbləği də dəyişməz qalıb.
Qeyd edək ki, bu cəzaya azarkeşlərin irqçi şüarları səbəb olmuşdu.