YENİLƏNİB
Premyer Liqada qollu gün: 4 oyuna 17 top!

Bu gün Topaz Premyer liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, turun 4 oyununun hamısı eyni gündə baş tutub.

Açılış oyununda autsayder “Bakı” son çempion “Qarabağ”ı qəbul edib. Altı qolun vurulduğu oyunda qələbəni ağdamlılar bayram ediblər. AzAL Şüvəlanda “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də altı qol vurulmasına baxmayaraq, tərəflər qalibi müəyyənləşdirə bilməyiblər. “Araz Naxçıvan”ın çempionatdan imtina etməsindən sonra liderlik kürsüsünə oturan “Neftçi” səfərdə “Simurq”la qarşılaşıb. Nəhayət, turun qapanış matçında “İnter” “Xəzər Lənkəran”la üz-üzə gəlib. Bakılılar rəqibi məğlub yola salıblar.

Topaz Premyer liqası
12-ci tur, 20 noyabr

Bakı – Qarabağ 2:4 (2:2)
Qollar: İ.Emeqara, 6 (0:1). N.Qurbanov, 10 (1:1). İ.Emeqara, 15 (1:2). R.Ristoviç, 36 (2:2). Reynaldo, 70 (2:3). L.Corc, 78 (2:4)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Munis Abdullayev, Teymur Fərhadov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

Bakı: 12. Elxan Əhmədov, 19. Eltun Hüseynov, 18. Əziz Quliyev, 5. Georgios Palagios, 6. Vüqar Bəybalayev, 30. Cəmşid Məhərrəmov, 8. Lukas Mario Horvat (k), 7. Nuran Qurbanov, 85. Jaba, 10. Nurlan Novruzov, 22. Risto Ristoviç.
Ehtiyat oyunçular: 25. Elməddin Məmmədov, 20. Valeh Seyidov, 11. Tural Qürbətov, 2. Nicat Əsgərov, 17. Elmin Əsgərli, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə.
Baş məşqçi: İbrahim Uzunca.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. İnnosent Emeqara, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 41. Leroy Corc, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 17. Vüqar Nadirov, 21. Tural Rzayev, 24. Admir Teli, 77. Cavid Tağıyev.
Baş məşqçi: Qurban Qurbanov.

AzAL – Qəbələ 3:3 (1:1)
Qollar: L.Kasradze, 23-öz qapısına  (0:1). E.Makiel, 32 (1:1). V.İqbekoyi, 50 (2:1). Markinyos, 70 (2:2). F.Mombonqo, 80 (3:2). C.Hüseynov, 87-pen. (3:3).
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Coşqun Həsənov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev.
Bakı. “AzAL Arena”.

AzAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6.Konseysao Eduardo, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 21. Novruz Məmmədov, 30. Seymur Əsədov, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 18. Orxan Lalayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 1. Kamran Ağayev (k), 5. Sadiq Quliyev, 8. Vidal Kunya Markus, 10. Dodo, 14. Cavid Hüseynov, 16. Ruslan Tağızadə, 21. Yazalde Pinto, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 44. Rafael Santos, 88. Müşfiq Teymurov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 11. Andrey Kristya, 13. Murad Musayev, 39. Salman İbrahimov, 90. Ekiqo Ehiosun, 99. Tellur Mütəllimov, 27. Bəxtiyar Soltanov.
Baş məşqçi: Dorinel Muntyanu.

Simurq – Neftçi 1:0 (1:0)
Qol: D.Çeran, 18-pen. (1:0).
Matçın 88-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu M.Stanoyeviç penaltini boşa verib (qapıçı).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Sərxan İsmayılov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev.
Zaqatala şəhər Olimpiya kompleksinin stadionu.

Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 8. Patrik Osiako, 11. Draqan Çeran, 13. Əli Gökdəmir, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 9. Lukas Tresnak, 15. Stepan Polyak, 16. Məhərrəm Hüseynov, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov.
Baş məşqçi: George Çixradze.
Neftçi: 1. Emil Balayev, 2. Karlos Kardozo, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 90. Erenst Nfor.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 11. Nikolas Kanales, 15. Erik Ramos, 14. Elnur Allahverdiyev, 17. Nicat Qurbanov, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.

İnter – Xəzər Lənkəran 3:1 (2:0)
Qollar: J.Nildo, 9 (1:0). M.Alvaro, 19 (2:0). M.Alvaro, 74 (3:0). F.Qabriel, 90+3 (3:1)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev.
Bakı. “İnter Arena”.

İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 12. Franka Nildo, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 27. Dieqo Madriqal, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavco Georgiyevski, 7. Abdulla Abatsiyev, 9. Mirzağa Hüseynpur, 15. Yohan Bokonyano, 30. Abbas Hüseynov, 80. Nizami Hacıyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 33. Rasim Ramaldanov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 13. Aleksandr Şemonayev, 22. Əfran İsmayılov, 28. Fernando Qabriel, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Deyan Blajevski.
Baş məşqçi: Oğuz Çətin.

Bombardirlər:
7 – Mikel Alvaro (İnter).
5 – Nurlan Novruzov (Bakı), Məhəmməd Qurbanov (Sumqayıt).
4 – Cavid Hüseynov (Qəbələ), İnnosent Emeqara (Qarabağ).

Həmin kateqoriyadan