Xuanfran Torres: “Qarabağ”la oyunda qələbələr hər şeyi xeyrimizə dəyişəcək”.

“Qarabağ”ın çempionlar liqasının qrupunda rəqiblərindən olan “Atletiko”nun müdafiəçisi Xuanfran Torres açıqlama verib. Allsport.az saytı xəbər verir ki, ispaniyalı həmkarımızla söhbətdə, 32 yaşlı müdafiəçi son dövrun uğursuzluğundan danışıb. O, Ağdam təmsilçisi ilə qarşıdakı oyunlarda qalib gələrək, vəziyyətdən çıxacaqlarını deyib:

“Komandamızın pis vəziyyətdə olmasını düşünmürəm. Sadəcə, ilk 2 oyunda qələbə qazanmamışıq. Hələ heç nə itirilməyib. 1/8 finala çıxmaq imkanını saxlayırıq. “Qarabağ”la oyunda qələbələr hər şeyi xeyrimizə dəyişəcək”.

“Hindular” qrupda növbəti 2 oyununu məhz “köhlən atlar”a qarşı keçirəcək. İlk görüş oktyabrın 18-də Bakı olimpiya stadionunda olacaq.

Həmin kateqoriyadan