“Zirə”nin hücumçusu Salvador millisinə dəvət alıb

“Zirə”nin hücumçusu Nelson Bonilya Salvador millisinə dəvət alıb. Allsport.az saytı xəbər verir ki, hücumçu ötən gün ölkəsinə yollanıb.

Mərkəzi amerikalıları DÇ-2018-ə vəsiqə uğrunda Meksika ilə oyun gözləyir. Bonilya da həmin qarşılaşmanın iştirakçısı ola bilər.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 14-də paytaxt Mexikoda keçiriləcək.

Həmin kateqoriyadan