“Zirə”nin rəqibləri dəyişib

Antalyada təlim-məşqdə olan “Zirə”nin hazırlıq planında dəyişiklik olub. 

Allsport.az saytı xəbər verir ki, paytaxt klubu öncədən nəzərdə tutulduğu kimi, yanvarın 23-də “Vorlska” (Ukrayna), 26-da isə “Şkupi”yə (Makedoniya) qarşı yox, müvafiq olaraq ayın 22-də “Paksi” (Macarıstan) və 4 gün sonra isə “Tambov”a (Rusiya) qarşı oynayacaq. 

Matçların keçirilmə saatı və məkanı ilə bağlı ətraflı məlumat veriləcək. 

Həmin kateqoriyadan