- Baxış sayı: 37
- 12 May 2025 18:14
- Baxış sayı: 89
- May 12, 2025
- 0
Rusiyalı iş adamı Roman Abramoviçin ikinci evliliyindən olan qızı Sofiya 1995-ci il aprelin 3-də anadan olub.
Allsport.az xəbər verir ki, hazırda 29 yaşı olan Sofiya Londonda özəl məktəbdə təhsil alıb, daha sonra isə kral Holloway universitetini marketinq ixtisası üzrə bitirib.
Uşaqlıqdan atlara xüsusi maraq göstərən Sofiya zamanla professional atçılıqla – konkurlə məşğul olmağa başlayıb və beynəlxalq yarışlarda Rusiya adından çıxış edərək mükafatlar qazanıb. Atası onun bu hobbisini dəstəkləyib, hətta Yunanıstandakı bir qalibiyyətdən sonra Sofiyaya dəyəri 500 min funt olan at hədiyyə edib.
Hazırda Sofiya Susseksdə 18 milyon funt sterlinq dəyərində malikanədə yaşayır. Burada məşq üçün lazımi şərait mövcuddur. Atçılıqdan kənar vaxtlarında isə o, səyahət etməyi sevir – sosial şəbəkələrində dünyanın bahalı kurortlarından – Maldiv və İbizadan fotolar paylaşır.
2021-ci ildə nişanlandığını açıqlasa da, bir neçə gün sonra nişanlısı ilə bağlı bütün fotoları silib və barmağındakı üzük də görünməz olub. Bu hadisədən sonra Sofiya şəxsi həyatını ictimaiyyətdən gizli saxlayır.