- Baxış sayı: 9
- 19 İyun 2026 13:46
- Baxış sayı: 80
- İyun 18, 2026
- 0

Meksikada koreyalı azarkeşi lağa qoyan bir məmurun işdən çıxarılmasını tələb ediblər. Allsport.az saytı xəbər verir ki, bu, Cənubi Koreya və Çex Respublikası arasında Qvadalaxarada stadionda keçirilən matç zamanı baş verib. Məşhur koreyalı bloqçu matçı tribunadan çəkərkən arxasındakı bir kişi onun asiyalı görünüşünü məsxərəyə qoymağa başlayıb.
Pərəstişkarları həmin şəxsi tapıb Xalisko ştatının Geodeziya mühəndisləri kollecinin prezidenti Ulises Fernando Bernal Miramontes kimi tanıyıblar. Video 8 milyondan çox baxış toplayaraq internetdə yayılıb. İndi hamı kişinin işdən çıxarılmasını tələb edir.
https://video.sports.ru/video/LBUtTs8plhdUCPUsKbICXHPrr9Jy7t0hDA9xJ2bEKFk