- Baxış sayı: 34
- 26 Oktyabr 2026 13:15
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

Azərbaycan karateçiləri Gentdə keçirilən XV İKOKU Avropa çempionatında üç medal qazanıblar.
Allsport.az xəbər verir ki, oktyabrın 24-25-də təşkil olunan yarışda millimizin üzvləri bir qızıl, bir gümüş və bir bürünc medala sahib olublar.
U-18 yaş qrupunda +60 kq çəki dərəcəsində mübarizə aparan Selcan Babayeva bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
U-21 kateqoriyasında +80 kq çəkidə çıxış edən Cəmil Kazımlı gümüş, böyüklər arasında 70 kq çəki dərəcəsində yarışan Sahil Musazadə isə bürünc medal qazanıb.
Azərbaycan millisi yarışda Azərbaycan karate federasiyasının baş katibi və kyokuşin (kay) senşi karate üslubunun rəhbəri Qabil Sayadovun, eləcə də nümayəndə Rasim Oqnevin rəhbərliyi altında iştirak edib.