- Baxış sayı: 60
- 05 Noyabr 2026 22:32
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan karateçiləri Batumidə keçirilən qran pri beynəlxalq turnirində 7 medal qazanıblar.
Allsport.az xəbər verir ki, noyabrın 7-8-də fullkontakt şinkyokuşin karate üslubu üzrə təşkil olunan yarışda 12 ölkənin idmançıları mübarizə aparıblar.
Azərbaycan millisi bir qızıl, iki gümüş və dörd bürünc medal əldə edərək komanda hesabında üçüncü yeri tutub. Yığmamız turnirdə Azərbaycan karate federasiyasının kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında çıxış edib.
Böyüklər arasında 80 kq çəki dərəcəsində mübarizə aparan Səlahət Həsənov qızıl medal qazanıb. 70 kq-da çıxış edən Əliqismət Həsənov və Emin İsmayıllı isə bürünc mükafata sahib olublar.
Qadınların yarışında Solmaz Zeynallı 60 kq çəki dərəcəsində gümüş medal əldə edib.
14 yaşadək idmançılar arasında Kənan Həkimzadə (45 kq) ikinci, Məhəmməd Əliyev (50 kq) isə üçüncü yeri tutub. 18 yaşadək idmançıların mübarizəsində Zəhra Kərimova (55 kq-dan yuxarı) bürünc medal qazanıb.
Azərbaycan karateçiləri turnirdə qazandıqları medalları 8 noyabr – zəfər gününə həsr ediblər.