Böyük ustadın xatirəsinə turnir

Əməkdar məşqçisi, mərhum Mirəli Seyidovun əziz xatirəsinə karatenin kyokuşinkay senşi üslubu turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 400-ə yaxın idmançı müxtəlif yaş və çəki dərəcələri üzrə yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdiriblər.

Tədbirə idman ictimaiyyətinin tanınmış nümayəndələri, veteran idmançılar, məşqçilər, hakimlər, müxtəlif idman klublarının rəhbərləri və idmançıların ailə üzvləri qatılıblar. Turnir dövlət himninin səsləndirilməsi ilə başlayıb, sonra ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir çərçivəsində çıxış edən Azərbaycan karate federasiyasının prezidenti Ülvi Quliyev mərhumun Azərbaycan karate idmanının inkişafında mühüm xidmətlər göstərdiyini bildirib. Qeyd olunub ki, Mirəli Seyidov uzun illər ərzində karate idman növünün inkişafı, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində böyük fəaliyyət göstərib.

Həmin kateqoriyadan