- Baxış sayı: 92
- 10 May 2026 12:00
- Baxış sayı: 16
- May 13, 2026
- 0

Rumıniyanın Sfıntu Georqe şəhərində karatenin fudokan üslubu üzrə böyüklər arasında 28-ci Avropa çempionatı, həmçinin uşaqlar, yeniyetmələr və gənclər arasında Avropa birinciliyi keçirilib.
Allsport.az saytı xəbər verir ki, Babək Qələmzadə fərdi kumitedə ustalar arasında mütləq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib.
Avropa birinciliyində isə Elmir Kazımzadə (10-11 yaş, 40 kq), Qorxmaz Səfərli (14-15 yaş, 65 kq), Rəvan Şirinov (16-17 yaş, 65 kq), Elton Əliyev (16-17 yaş, 75 kq), Mehdi Abdullayev (16-17 yaş, +75 kq) və Tahir Ələkbərov (U-21, +75 kq) qıızl medal qazanıblar.
Əli Hacıyev (U-21, 75 kq) 2-ci, Ayxan Pirquluyev (16-17 yaş, 65 kq) 3-cü yer tutublar.